Şəmkirdə ana və azyaşlı qızı dəm qazından zəhərləndi – Ölən var

Şəmkirdə bədbəxt hadisə baş verib.

Yenicag.az-ın məlumatına görə, rayonun Könüllü kəndində 30 yaşlı Nailə Əsgərova və onun qızı, 7 yaşlı Səlmi Mehdiyeva dəm qazından zəhərlənib. Onların hər ikisi xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının vəziyyəti isə ağırdır.

Hadisənin başvermə səbəbləri araşdırılır.