Şəmkirdə avtomobil 11 yaşlı uşağı vuraraq öldürüb

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Seyfəli kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Suliddin Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2006-cı il təvəllüdlü Taleh Şərifovu vurub.

Hadisə nəticəsində ağır xəsarət alan 11 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Yenicag.az