Şəmkirdə avtomobil ağaca çırpıldı – Sürücü öldü

Şəmkir rayonunda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, mayın 25-də Şəmkir rayonunun Keçili kənd sakini Yelmar Nəsibli idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə hadisə yerində ölüb.