Şəmkirdə avtomobil aşdı: Xəsarət alanlar var

Şəmkir rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az xəbər verir ki, hadisə Zəyəm qəsəbəsində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində rayon sakinləri – 2006-cı il təvəllüdlü E.İsmaylov, 2005-ci il təvəllüdlü E.Vəliyev, 2004-cü il təvəllüdlü F.Quliyev və 2005-ci il təvəllüdlü E.İsmayılov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.