Şəmkirdə avtomobil aşdı: YARALANANLAR VAR

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunda, rayonun Qasımalılar kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ ” markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./APA