Şəmkirdə avtomobil içərisindəki 4 ton yüklə yandı

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Qapanlı kəndində “QAZ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 5 ton ot bağlamasının 4 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.