Şəmkirdə birmərtəbəli ev yanıb

Şəmkir rayonunun Yeniabad kəndində ümumi sahəsi 196 m² olan birmərtəbəli evin 1 otağının və aynabəndinin tavanı 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.