Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəmkirdə dəhşət: Sərxoş ər evi kül etdi - 2 yaşlı oğlu yanıb öldü - Xəsarət alanlar var

Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər gecə saatlarında qayınanası yaşayan evi yandırıb.

Yenicag.az-ın məlumatına görə, hadisə zamanı evdə onun 24 yaşlı həyat yoldaşı Mətanət İlqar qızı Məsimova, 2 yaşlı oğlu Nicat Elmar oğlu Məmmədov və 54 yaşlı qaynanası Səltənət Allahverdi olub.

2 yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. 54 yaşlı qayınana və onun 24 yaşlı qızı ağır vəziyyətdə Şəmkir Mərkəzi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər. Hal hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər.

Qaynananın bədəninin 50%, 24 yaşlı qızın bədənini 70% yanması bildirilir. Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəsislər dəvət edlib. Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürüb.

www.yenicag.az

1346