Şəmkirdə evə basqın oldu, pul aparıldı

109804_res_01Şəmkir rayonunun Qaracəmilli kəndində yaşlı kişi ilə qadının yaşadığı fermaya basqın olub.

Məlumata görə, basqın edən şəxs ferma sahibi, 79 yaşlı Qəzənfər Hacıyevi və onun həyat yoldaşı, 73 yaşlı Roza Hacıyevanı döyərək onlara müxtəlif bədən xəsarətləri yetirib.

Xəsarət alanların qohumları bildirib ki, basqını kənd sakini, 19 yaşlı Ürfət adlı oğlan törədib. O, Q.Hacıyevin şəxsi təsərrüfatından heyvan satdığını öyrənib, oğurluq məqsədi ilə onun yaşadığı evə basqın edib.

Ev sahibinin oyandığını bilən basqınçı yaşlı insanları döyüb, evdən içində 600 manat olan pulqabını aparıb.

Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Q.Hacıyevin vəziyyətinin orta-ağır, R.Hacıyevanın vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, basqın edən şəxs saxlanılıb. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır(APA).