Şəmkirdə “Ford” minik maşını ilə toqquşdu – Ölən var – FOTO

Şəmkirdə qəza olub.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Yeniabad kəndinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan “Ford” markalı yük maşını minik maşını ilə toqquşub.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsi  əməkdaşları cəlb olunub.

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub./unikal