Şəmkirdə iki avtomobil toqquşdu – Xəsarət alan var

Bu gün Şəmkirdə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yeniçağ.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

“VAZ21015” və “VAZ2108” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, Dəllər qəsəbə sakini, 1984-cü il təvəllüdlü Elməddin Mustafayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Yeniçağ.az