Şəmkir rayonunda iki qardaş kəsici alətlə özünə xəsarət yetiriblər.
Yenicag.az xəbər verir ki, Şəmkir rayon sakini, 1995-ci il təvəllüdlü Q. Həsənov və onun qardaşı 1997-ci il təvəllüdlü S.Həsənov qol nahiyəsindən kəsici alətlə özlərinə xəsarət yetiriblər.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Onların hansı səbəbdən özlərinə xəsarət yetirməsi isə hələ ki, məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.