!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəmkirdə maşın dərəyə aşdı: Yaralananlar var

!Reklam – Yazi

Şəmkir rayonunda yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, betonqarışdıran yük maşını ilə “Mercedes” markalı minik maşını toqquşub. Nəticədə minik avtomobili dərəyə düşüb.

Hadisə zamanı 6 nəfər yaralanıb. Bunlar Zenfira Ənvər qızı Məmmədova (1960), Elvin Kamandar oğlu Daşdəmirov (1978), onun həyat yoldaşı Günay Müslüm qızı Həsənova (1982), Günel Vaqif qızı Muxtarova (1985) və Çinarə Asif qızı Kərimovadır (1997).

Yaralılardan dördü Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Günay Həsənova isə əməliyyata alınıb.

Yük maşınının sürücüsünün xəsarəti yüngül olduğundan ona yerindəcə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv