Şəmkirdə məktəbli bıçaqlanıb

скачанные файлы (1)Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Rayonun Yuxarı Çaykənd kənd sakini, 2000-ci il təvəllüdlü Vüsal Aqil oğlu Əhmədov sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda əməliyyat edilən məktəblinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Şəmkir rayon Polis Şöbəsindən bildirilib ki, cinayəti törədən şəxs məlumdur və onun saxlanması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.