Şəmkirdə polis özünü güllələdi

Azərbaycanda polis əməkdaşı özünü güllələyib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə Şəmkir rayonunda qeydə alınıb.

Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsız davranıb. Silahdan açılan atəş nəticəsində S.Əliyev xəsarət alıb.

Polis əməkdaşı xəstəxanaya yerləşdirilib.