Şəmkirdə qadın kimyəvi maddədən zəhərlənib

xesteŞəmkir rayon sakini kimyəvi maddədən zəhərlənib.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, rayonun Barlıbağ yaşayış massivində yaşayan 1984-cü il təvəllüdlü Naibə Allahverdiyeva kimyəvi maddədən zəhərlənmə əlaməti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadın özünəməxsus əkin sahəsində həşəratlara qarşı mübarizə apararkən fosfor tərkibli kimyəvi maddədən zəhərlənib.

Yeniçağ.Az