Şəmkirdə silahlı insident: yaralanan var

Şəmkirdə silahlı insident olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Şəmkir şəhərində bazarın yaxınlığında baş verib.

Küçədə bir nəfərin odlu silahdan digər bir şəxsə atəş açdığı bildirilir. Güllə yarası alan kişi Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.