Şəmkirdə soyuducu anbar yandı

Şəmkir rayonunun Bayramlı kəndində ümumi sahəsi 700 m² olan soyuducu anbarının yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Yenicag.az xəbər verir ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.