Şəmkirdə torpaq çökməsi: Bir nəfər uçqun altında qaldı

Fövqəladə Hallar Nazirliyi Şəmkirdəki torpaq uçqunu ilə bağlı məlumat yayıb.

Yenicag.az xəbər verir ki, açıqlamada rayonun Sərxan kəndində bir nəfərin torpaq uçqunu altında qaldığı bildirilir. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə aparılan qazıntı işləri zamanı torpaq uçqunu baş verib və orada işləyən 1983-cü il təvəllüdlü Məmmədov Rövşən Məzahir oğlu təqribən 5 metr dərinlikdə çuxura yıxılaraq müxtəlif xəsarətlər alıb və torpaq uçqunu altında köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilərin çevik müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində R.Məmmədov çuxurdan çıxarılıb təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilməklə xilas olunması təmin edilib.