Şəmkirdə üçotaqlı ev yandı

Şəmkir rayonunun Düyərli kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.