Şəmkirdə evdə yanğın baş verib.
Yenicag.az xəbər verir ki, rayonun Yeni Abad kəndi ərazisində ümumi sahəsi 42 kvadratmetr olan yaşayış evi yanıb.
Əraziyə cəlb olunan Şəmkir Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi alovun digər evlərə keçməsinin qarşısını alıblar.
Ev sahibinin həyat yoldaşı, 1995-ci il təvəllüdlü Məmmədova Təhminə Asif qızı və onun 2015-ci il təvəllüdlü qızı Məmmədova Aylin Asim qızı yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.(APA)