Şəmkirdə yanğın baş verdi

Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonun Kür qəsəbəsində ümumi sahəsi 250 m² olan birmərtəbəli inzibati binanın (hazırda fəaliyyət göstərmir) çardağının yanar konstruksiyaları 200 m² sahədə və döşəməsi 12 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.