“Şəmkir”in əfsanəsi geri döndü – bu dəfə baş məşqçi kimi

Qəhrəman Əliyevi istefaya göndərən “Şəmkir” klubunun rəhbərliyi komandanın sabiq oyunçusunu baş məşqçi təyin edib.

Yeniçağ.Az xəbər verir ki, “Şəmkir”in və Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliya “Ağ-qırmızılılar”ın sükanı arxasına keçib. Bu barədə məlumat “Şəmkir”in rəsmi “Facebook” səhifəsində yayılıb.
Kvaratsxeliya 1998-2005-ci illərdə “Şəmkir”in heyətində çıxış edib və komandanın 1999-2000, 2000-2001-ci il mövsümlərində Azərbaycan çempionluğunu qazanmasında böyük pay sahibi olub. Hücumçu kimi məhsuldarlığı ilə seçilən Kvaratsxeliya 1999-2000-ci il mövsümündə Azərbaycan çempionatının bombardiri seçilib.

O, “Şəmkir”ə qayıtmazdan əvvəl Gürcüstanın “Sioni (məşqçi), Azərbaycanın isə “Standard” (baş məşqçi) və “Qəbələ” (məşqçi) komandalarında işləyib.

Yeniçağ.Az