Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəmsəddin Kuzəçi AKMƏM-i ziyarət edib - FOTOLAR

Şəmsəddin Kuzəçi AKMƏM-də olub.

Yenicag.az xəbər verir ki, İraq Türkmən Jurnalistlər Cəmiyyətinin və Kərkük Kültür Dərnəyinin sədri Şəmsəddin Kuzəçi Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzini ziyarət edib.

Mədəniyyət mərkəzinə təşrif buyuran Şəmsəddin Kuzəçi Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzininin sədri Məlahət Qurbanova ilə görüşüb.

Qonağı salamlayan mərkəzin sədri Məlahət Qurbanova AKMƏM-in yaranmasından söz açaraq qeyd edib ki, Mərkəzin yaranma ideası Türk dünyasının dəyərli Aydınları Xalq şairi Sabir Rüstəmxanlı və Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlıya aiddir. Onların dəstəyi ilə mərkəzi təsis edilib və inanırıq ki AKMƏM İraq-Türkmən Azərbaycan əlaqələrinə öz töhvəsini verəcək.

Görüş çərçivəsində qarşılıqlı əməkdaşlıq müzakirə edilib. Kuçəzi daha sonra Mədəniyyət Mərkəzinin lahiyəsi olan Azərbaycan, İraq, Türkman mətbəxini özündə birləşdirən “Habibi” restoranı ilə yaxından tanış olub.

Qonaq görüş zamanı AKMƏM sədri Məlahət Qurbanovaya və Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdiliyə fəxri fərman və “Kərkükdən Azərbaycana” kitabını hədiyyə edib.

Görüşdə Türkiyənin məşhur Bengi Türk televeziyasında yayımlanan Azərbaycan Rüzgarı verlişinin lahiyə rəhbəri və aparıcısı Səidə Ömər və ziallılar iştirak ediblər.

Sonda xatirə fotosu çəkilib.

www.yenicag.az

608
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100