“Sənan Kredit İttifaqı”nın lisenziyası ləğv olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Sənan Kredit İttifaqı” MMC-nin lisenziyası ləğv olunub.

Bu barədə qurumdan Yenicag.az-a bildirilib.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 40-dən 39-a düşüb.
Xatırladaq ki, “Sənan Kredit İttifaqı” 2010-cu ildə Lənkəran rayonunda yaradılıb. Onun nizamnamə kapitalı 4 min manat olub.