Sənan Süleymanov finala çıxa bilmədi

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Yenicag.az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qazaxıstanlı Demeu Jadrayevlə qarşılaşıb.

Sənan Süleymanov rəqibinə 1:6 hesabı ilə məğlub olub. O, üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq. dirnaq modelleri

Qeyd edək ki, ötən gün digər güləşçimiz Sabah Şəriəti (130 kq) yarımfinalda uduzaraq bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

COP29