ABŞ Senatında Ukrayna ilə bağlı məxfi toplantının keçirilməsi qərara alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə əsaslanan CNN yayımlayıb.
Məlumata görə, senatorların məxfi toplantısında Ağ Evin təklifinə uyğun olaraq, Ukraynaya əlavə 37 milyard dollar maliyyə yardımının ayrılması müzakirə ediləcək.
Qeyd olunur ki, bu məbləğim hökumətin maliyyələşdirilməsinə dair qanun layihəsinə daxil edilməsi və dekabrın 16-na qədər təsdiqlənməsi nəzərdə tutulur.
Bununla belə, senatorların sözügedən təklifə yönəlik ümumi mövqeyində konkretliyin olmadığı vurğulanır.