Sənaye istehsalında azalma prosesinin SƏBƏBLƏRİ: “Neft sektoru ilə müqayisədə qeyri-neft sektorunda…” – RƏY
“Bu gün sənaye istehsalının strukturuna nəzər yetirsək, yüngül sənaye və qeyri-neft sektorunda artımları görmüş olarıq”.
Bu sözləri bu ilin ilk 6 ayında sənaye istehsalında azalma prosesini şərh edən iqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında biıdirib.
O qeyd edib ki, ümumi sənaye məhsulları istehsalında göstəricilər azalsa da, qeyri-neft sektorunda mühüm dərəcədə artım baş verib.
“Əgər bu gün son bir neçə ilin statistk məlumatlarına nəzər yetirsək, ilbəil sənaye məhsulunun istehsalında müəyyən azalmalar baş verdiyini müşahidə edərik. Bu da onunla bağlıdır ki, bizdə son illər xam neftin istehsalı və hasilatı azalır. Neft emalı sektorunun ümumi sənaye istehsalında payı 80 faizə qədər olduğundan həmin azalma ümumi istehsalın həcminə mənfi təsir göstərir. Buna baxmayaraq əgər biz bu gün sənaye istehsalının strukturuna nəzər yetirsək, yüngül sənaye və qeyri-neft sektorunda artımları görmüş olarıq. Əsasən qida sənayesi, mebel, elektrik, nəqliyyat vasitələri detalları, əczaçılıq məmulatları istehsalı, həmçinin tekstil sənayesində müəyyən artım müşahidə edilir.
Bütün bunlar da onu deməyə əsas verir ki, ümumi sənaye məhsulları istehsalında göstəricilər azalsa da, qeyri-neft sektorunda mühüm dərəcədə artım baş verib. Bununla da artıq ölkənin iqtisadiyyatının diversifikasilaşdığını deyə bilərik. Beləlikilə, neft sektorunun gəlirlərinin azalması fonunda qeyri-neft sektorundan gələn gəlirlərin artdığını müşahidə edirik”.
Yusif Səmədzadə