Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şənbə günü hava necə olacaq?

Azərbaycanda sabah gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

Bakıda gecə 5-7 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normdan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 80-90 faiz olacaq.

Xəbərdarlıq

Martın 27-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Martın 27-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Loading...

www.yenicag.az

146
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100