!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şənbə və bazar günləri avtobuslar işləyəcək?

!Reklam – Yazi

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən 19 dekabr saat 00:00-dan 21 dekabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımalar dayandırılacaq.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda bildirilir ki, qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq: “Bir daha vətəndaşlarımızı sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq”.

www.yenicag.az

1433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv