Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 10 068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6 871 nəfəri elektron ərizəsini təsdiq edib.
Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.