Sənəd üzərində çıl-çıraq, realda zir-zibil – Şabranın vəziyyəti rəqəmlərdə və fotolarda

Rayonlara ayrılan pulların öz təyinatı üzrə xərclənmədiyi heç kimə sirr deyil.

Şabran rayonuna xərclənən pullara və Yenicag.az-ın əldə etdiyi fotolara baxdıqda pulların hara getdiyi bəlli olur.

Belə ki, Şabran rayon İcra Hakimiyyəti 2010-2015-ci illər ərzində ümumilikdə 9 217 008,47 manat dəyərində dövlət satınalmaları həyata keçirib.

Bundan 9 160 398, 47 manat rayonun təmir-tikinti, abadlıq, yol çəkilişi, zibil qutularına xərclənib.

Həmçinin Şabran Şəhər icra nümayəndəliyi həmin illər ərzində 7 316 375, 25 manat dəyərində dövlət satınalmaları həyata keçirib. Bundan 7 099 063,93 manat yol və küçələrin təmirinə, bəzək ağacları və gül kollarının alınmasına, bağçaların, mənzillərin təmirinə xərclənib.

Milyonlarla pulların xərcləndiyi Şabranın real vəziyyəti isə budur:

Səxavət Məmməd

COP29