Seneqallı futbolçu rəsmən “Qalatasaray”da

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Stok Siti” klubunun yarımmüdafiəçisi Badu Ndiayeni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Türkiyə çempionu Ndiayeni bir mövsümlük icarəyə götürüb. “Qalatasaray” bu keçid qarşılığında “Stok Siti”yə 750 min avro icarə haqqı ödəyəcək.

Ndiaye özü isə yeni komandasında ilinə bütövlükdə 2 milyon 700 min avro qazanacaq.

Qeyd edək ki, bu, Ndiayenin “Qalatasaray”a ikinci gəlişidi. O, 2017/18 mövsümünün ilk dövrəsində də bu komandanın uğurları üçün çalışıb. “Qalatasaray”dan ayrılandan bəri isə o, “Stok Siti”də çıxış edir.

Ndiaye Seneqal yığmasında 18 oyun keçirib, 1 qola imza atıb.

COP29