Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Sənət adamları Primadonnanın ilinə gəlmədilər - İlhamə Quliyevanın oğlu KÖVRƏLDİ - ÖZƏL

Bü gün Xalq artisti İlhamə Quliyevanın dünyasını dəyişməsindən 1 il ötür. Primadonna üçün verilən yas mərasimi bir sıra məqamlarla diqqət çəkib.

Belə ki, Orxan Nadirovun anası üçün “Heydər məscidi”ndə təşkil etdiyi məclisdə şou-biznes aləmindəki məşhurlar gözə dəyməyib. Tanınmış simalardan yalnız Ceyran Haşımova və Zümrüd Məmmədova gəlib.

Yeniçağ.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirən O. Nadirov kövrəlib:

“Vallah, başımı itirmişəm, heç bilmirəm neyləyim. Anama il mərasimi vermək mənim oğulluq borcum idi; kim gəlib, kim gəlməyib özü bilər. Sağlığında ətrafında o qədər adam vardı ki… Anam çox adamlara dəstək olub. Amma hələ heç nə deyə bilmərəm. Axşamı gözləyirəm. Çünki hələ adamlar gəlir, məclis davam edir. Bəlkə bundan sonra gələcəklər, nəsə deyərəm yaxşı çıxmaz”.

O. Nadirov xalası ilə münasibətlərinə belə aydınlıq gətirib:

“Bu barədə susmaq istəyirəm. Özləri bilər… Mən hələ ki, anamın acısı ilə yaşayıram”.
Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

166