!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sənət Akademiyası” əsl sənət öyrədəcək

!Reklam – Yazi

aybenizSəhnəmizin sevilən müğənnisi, Azərbaycanın əməkdar artisti, “Bülbüllər” ansamblının yaradıcısı və rəhbəri Aybəniz Haşımova yeni ildən olduqca məsuliyyətli bir işə başlayır.

Bu barədə tanınmış müğənninin özü Yenicağ.az-a bildirib:

“Mənə olan çoxsaylı müraciətlərdən sonra belə bir addıma qərar verdim. “Sənət Akademiyası”nı yaratmağımda məqsəd musiqi sahəsində formalaşmaq, peşəkar bir ifaçı kimi fərqlənmək istəyən şəxslərə dəstək durmaqdır.

Aybəniz xanımın sözlərinə görə, “Sənət Akademiyası”nın bir çox fərqli tərəfləri var:

” Tədris təkcə yeniyetmələr üçün nəzərdə tutulmayıb. Bizə 35 yaşına qədər səsi, gözəl musiqi duyumu olan istedadlar müraciət edə bilər. Dərslər fərdi və qrup halında keçiriləcək. Bir qrupda 15 nəfərin olmasını nəzərdə tutmuşam. Artıq tələbələrin qəbulu başlayıb. “Sənət Akademiyası”nda tələbələrə xalq mahnıları ilə yanaşı, Azərbaycanın klassik bəstəkar mahnıları, muğamlar və vokal ifaçılıq sənətinin inciləri də tədris olunacaq”.
Bəs görən “Sənət Akademiyası” daha hansı məqamlarla fərqlənəcək?

“Dərsləri hələ ki, özüm tədris edəcəm. Amma gələcəkdə Azərbaycan musiqi sənətinin tanınan simalarının ustad dərslərini təşkil etmək fikrim var. Hətta xaricdən gələn qonaqlarımı da mümkün qədər tələbələrimlə görüşdürməyi də düşünürəm. Azərbaycan musiqisinin inkişafında yeni nəslin akademik ifaçılıq cığırının açılmasında əlimdən gələni əsirgəməyəcəyəm. Açığı, çox həyəcanlıyam. Çünki Şövkət Ələkbərova məktəbini bugünkü gənclərə yansıtmaq mənim üçün bir şərəfdir”.

Yeri gəlmişkən qeyd edək ki, dərslər “Bülbül” adına orta ixtisas musiqi məktəbinin nəzdində keçiriləcək.

Maraqlananlar üçün deyək ki, qəbul ödənişlidir və ilk qrup üçün seçim mərhələsi dekabr ayının 31-dək davam edəcək.

“Sənət Akademiyası”nı bitirənlərə sertifikatlar veriləcək.

Zakirə Zakirqızı
Yenicağ.Az

www.yenicag.az

2977
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv