Sənət dostu Amaliya Pənahova barədə: “Ölümündən 2 həftə əvvəl…”

Amaliya Pənahova ilə vidalaşmaq üçün sənət dostları Təzəpir məscidinə yollanıb.

Bakı Bələdiyyə Teatrının truppa müdiri Zemfira Babayeva mərhum aktrisa ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Amaliya xanım ölümündən iki həftə öncə, oktyabrın 24-də “Azdrama”da təqdim olunan “Nargin faciəsi” tamaşasının təqdimat mərasimində iştirak etdi. Həmin vaxt xəstəxanada yatırdı. Sistem altından durub teatra gəldi. Tamaşadan sonra çıxış etdi. Lakin noyabrın 31-də təqdim olunan “Şanlı vətən” tamaşasının premyerasına qatıla bilmədi. 15 gün idi ki xəstəxanada müalicə olunurdu. Elə orada da dünyasını dəyişdi. Həkimlər onda bu ağır xəstəliyi bir il öncə aşkar etmişdilər. Yaxınları bunu bilirdi. O, səhnə üçün yaşayan əsl sənət fədaisi idi. Olduqca ağır itkidir”.

Cəvahir

COP29