Sənət dostu mərhum aktrisa barədə: “Dedi, beş dəqiqə ömrü qalıb”

“Hanı indi Gülnar kimi aktrisa? Bu gün onun teatrda yeri çox görünür, həmişə də o yer boş qalacaq”.

Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist Novruz Qartal, mərhum aktrisa Gülnar Salmanovanın doğum günündə onun barəsində danışarkən deyib.

Aktyor sənət dostu ilə bağlı xatirələrini bölüşüb:

“Gülnarla uzun illər eyni səhnələri bölüşmüşük, sənət yoldaşı olmuşuq. Əvəzsiz tərəf müqabili idi. Səhnə onun üçün hava, su kimi idi. Sevilən aktrisa idi. Ömrünün son illərini xəstəliklə mübarizə apardı, çətin günlər yaşadı. Son görüşümüz indi də gözümün önündən getmir. Mərkəzi Neftçilər Xəstəxanasında ziyarətinə getdim. Əlindən tutdum, dedim, narahat olma sağalacaqsan. Baş həkimi çağırdım, vəziyyəti ilə maraqlandım. Dedi, beş dəqiqə ömrü qalıb. Dediyi kimi oldu. Əlimi vuranda gördüm bədəni buz kimidir.
Gülnarın işıqlı xatirəsi həmişə sevənlərinin yaddaşında qalacaq. Onun sənəti barədə nə danışım? Sənət adamı barədə ən gözəl sözləri yaratdığı obrazları deyir. Gülnar oynadığı tamaşalarda öz sözünü çoxdan deyib”.

Cəvahir