!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sənət dostu mərhum aktrisa ilə bağlı: “Ölümqabağı əlimdən tutdu, dedi ki…”

!Reklam – Yazi

Bu gün mərhum aktrisa, əməkdar artist Gülnar Salmanovanın doğum günüdür.

Əməkdar artist Novruz Qartal mərhum sənət dostu ilə bağlı Yenicag.az-a danışıb:

“Gülnar özünəməxsus aktrisa idi. Bu adam sənət fədaisi idi, hətta ən ağır xəstə olduğu vaxtlarda belə səhnəyə çıxıb. 60 illik yubileyimə həsr olunmuş “Məhəbbət oyunu” tamaşasında tərəf müqabilim idi. Dedik ki, tamaşaya gəlmə, ağır xəstəsən. Sözümüzə baxmadı, gözləri görməyə-görməyə səhnəyə çıxıb tamaşada oynadı. İnanın ki, bunu tamaşaçı hiss etmədi, sünki Gülnar peşəkar və sənətini sevən aktrisa idi. Ölümqabağı onunla görüşdük. Baş həkim məni onun yanına apardı. Çox ağır vəziyyətdə idi. Ömrünün son dəqiqələrini yaşayırdı. Gözlərini açdı, məni tanıdı. Əlimdən tutdu, dedi ki, çox pisəm. 10-15 dəqiqə söhbət etdik. Təsəlli verdim ki, narahat olma, sağalacaqsan. Amma həkimlə danışmışdım, o demişdi ki, Gülnar xanım son dəqiqələrini yaşayır. Heç yarım saat çəkmədi ki, ölüm xəbərini aldım. Bu gün də Gülnarın yeri səhnədə görünür. Bu boşluğu heç kim doldura bilməz”.

Qeyd edək ki, aktrisa 2015-ci il oktyabrın 24-də dünyasını dəyişib.

Cəvahir

www.yenicag.az

3250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv