“O, Ulu öndərin uğurlu siyasətini davam etdirən qalib bir sərkərdə, bir fatehdir”.
Bu sözləri 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı fikirlərini bölüşən Xalq artisti Yasin Qarayev Yenicag.az-a açıqlamasında deyib.
O, yeganə namizədinin adını açıqlayıb:
“Əgər o seçkidə atam, qardaşım, oğlum belə namizədliyini irəli sürsə, mən yenə də yalnız və yalnız İlham Əliyevə səs verərəm.
Onun uğurlu siyasətçi və prezident kimi dünyada tayı-bərabəri yoxdur. Mən İlham Əliyevi bütün dünyada bir nömrəli prezident sayıram. Sərkərdələrimizin əsrlərlə edə bilmədiyini o, 44 günə etdi. İnsanların torpaq həsrətinə son qoydu. O xoşbəxtliyi bizə yaşatdı.
Bu gün işğaldan azad oulnan torpaqlarımız özümüzdədir, prezidentimiz o yerləri güllük-gülüstana çevirir. Qalib xalqıq, bunu bütün dünyaya sübut etdik. Artıq hara gediriksə, alnımız açıq, başımız dikdir.
Bir sənət adamı kimi həmişə onun qayğısını hiss etmişik. Onun sərəncamı ilə hər il sənət adamları mükafatlar, fəxri adlar, fərdi təqaüdlər alır. Dünyanın hansı ölkəsində belə şey var? Çünki bu qayğıkeşlik ona atasından – Ullu öndərimiz Heydər Əliyevdən keçən bir xüsusiyyətdir. Necə ki hər yerdə tez-tez ata vəsiyyətini xatırladır.
İlham Əliyev atasının adına layiq bir oğuldur. Ulu öndərin uğurlu siyasətini davam etdirən qalib bir sərkərdə, bir fatehdir. Mən bütün sənətkarları ona səs verməyə çağırıram. Zahir Abbasın misraları ilə deyirəm:
Yurdumun övladları İlham deyir yanımda,
Coşur Türkün qeyrəti damarımda-qanımda.
Düşünən beyinlərin gəlib seçim anında,
Yolunda canımızdan nə varsa-keçməliyik,
Biz, səni seçməliyik!”
Cəvahir