“Sənətçi xanımını efirdə göstərməz”, – deyən Babəkə Mikayıldan CAVAB

Əməkdar artist Babək Niftəliyevin “Sənətçi öz şəxsi həyatını heç vaxt efirdə danışmamalıdır, insan həyat yoldaşını efirdə göstərməz. Mən onlara çox pis baxıram” açıqlaması müzakirələrə səbəb olub. Bir çox məşhurlar onun fikirlərini dəstəkləyib.

Yenicag.az-a açıqlama verən tanınmış aparıcı Mikayıl Güləddinoğlu həyat yoldaşını efirdə nümayiş etdirməyin əleyhinə olduğunu bildirib:

“Təbii ki, hərənin öz fikri və xarakteri var, buna uyğun davranır. Amma Babəkin “sənətçi xanımını efirdə göstərməz” fikrini bəyənirəm, dəstəkləyirəm. On bir ildir ki, aparacıyam, üzdə olan insanam, hamı məni tanıyır. Yalnız övladlarımla görünmüşəm. Görünmüşəm deyəndə ki, onlarla bərabər çəkilən fotolarımı sosial şəbəkələrdə paylaşmışam. Bəzən bu görüntüləri götürüb yayıblar. Amma heç vaxt paylaşımlarımda həyat yoldaşım yer almayıb. Heç bunu etmərəm də. Bu məsələdə çox sərt və mühafizəkaram. Yenə də də deyirəm, hər kəsin öz şəxsi düşüncəsi var və hər kəs buna özü qərar verir. Mən özümdən danışıram. Mənim xanımım sənət adamı, yaxud da üzdə olan bir insan deyil ki, efirdə və digər ictimai yerlərdə onunla görüntülənim. Buna görə də qəti şəkildə xanımımın efirdə, sosial şəbəkələrdə görünməsinin əleyhinəyəm”.

Cəvahir