!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sənətşünas-jurnalist Prezidentə müraciət etdi - VİDEO

!Reklam – Yazi

Tanınmış jurnalist, sənətşünas, əslən Şuşadan olan Seymur Elsevər Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib. S. Elsevər müraciətində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə atdığı qətiyyətli və cəsarətli addımlarına görə Ali Baş Komandana təşəkkürünü bildirib.

Yenicag.az xəbər verir ki, jurnalist ziyalılar adından dövlət başçısına ünvanladığı videomüraciətdə Azərbaycanda yaranmış yeni dövrdə Vətənə sədaqətlə xidmət etməyə hazır olduqlarını vurğulayıb.

Qeyd edək ki, S. Elsevər Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Teatr Xadimləri, Kinematoqrafçılar, Rəssamlar və Reklamçılar ittifaqlarının, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvüdür. Bir sıra mükafatlara layiq görülmüş sənətşünas müxtəlif illərdə Gənc Tamaşaçılar və Milli Dram teatrlarında, “Səhər”, “Kino”, “Press fakt”, “Panorama”, “Ekspress” və s. qəzetlərdə, Azərbaycan Milli Elmlər Akademiyasında, eyni zamanda 15 il mədəniyyət sahəsində müəssisə rəhbəri olub. Bir sıra teleradio qurumları ilə əməkdaşlıq edib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi iş” və “Ekran dramaturgiyası”, “Kino tənqidi”, “Kinososiologiya”, “Kino tarixi” fənlərindən dərs deyib.

S. Elsevərin videomüraciətini təqdim edirik:

www.yenicag.az

530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv