!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səngəçal terminalından “Şahdəniz” qazının nəqli 25 faizdən çox artdı

!Reklam – Yazi

2022-ci ilin birinci yarısında Səngəçal terminalından gündəlik orta hesabla təxminən 69 milyon standart kubmetr (təxminən 2 milyard 440 milyon standart kubfut) “Şahdəniz” qazı nəql edilib.

Yenicag.az bu barədə bp şirkətinə istinadən məlumat verir.

2021-ci ilin eyni dpvründə bu göstərici 55 milyon standart kubmetr təşkil edirdi. Beləliklə, Səngəçal terminalından “Şahdəniz” qazının nəqli 25,5 faiz artıb.

Qeyd olunur ki, hesabat dövründə AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv