!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səngəçalda qatar uşağı vurdu - Dəmir Yolları qəza ilə bağlı məlumat yaydı

!Reklam – Yazi

Bu gün saat 18:10-da radələrində 6704 saylı Bakı-Şirvan marşrutu ilə hərəkət edən elektrik qatarı Səngəçal stansiyasında birinci yola daxil olarkən, 12-13 yaşlarında olan Tərlan Cavanşir oğlu Bayramov, ehtiyatsızlıq edərək qonşu yolda dayanan yük vaqonlarının altından keçərkən, qəfil qatarın qabağına çıxıb.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyindən Yenicag.az-a verilən məlumata görə, lokomotiv briqadası dərhal qatarın dayanması üçün tormozlama aparsa da, uşaq qatarın ön hissəsinə toxunub və nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə dərhal təcili tibbi briqadası çağrılmış, ilkin yardım göstəriləndən sonra uşaq 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılmışdır.

Aldığımız ilkin məlumata görə, hazırda uşağın vəziyyəti kafidir və həkim nəzarətindədir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən araşdırma aparılır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xəstə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Uşaq qapalı kəllə-beyin travması alıb.

www.yenicag.az

1531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv