Şengen vizasının qiyməti artırılır

Avropa İttifaqı Şengen vizasının dəyərini artırmaq qərarına gəlib.

Yenicag.az-ın məlumatına görə, Avropa İttifaqı Şurası viza məcəlləsinə dəyişikliklər təklifi ilə bağlı danışıqlara başlayacaq.

Qeyd olunur ki, dəyişikliklərə əsasən viza üçün altı ay əvvəlcədən və səfərə azı 15 gün qalanadək müraciət etmək olar.

Dəyişikliklərdən sonra Şengen vizasının qiymətinin 80 avroyadək artırılacağı gözlənilir.