“Gəlirsən. Sual verirlər, haçan ərə gedirsən?”, “Niyə uşağın yoxdur?..”
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Mətanət Əsədova “Özəl” verilişində deyib.
Xeyli vaxtdır ki, efirlərdə görünməyən müğənni aparıcılardan giley-güzar edib. Onların səviyyəsindən şikayətlənən sənətçi buna görə də hər verilişə getmədiyini, seçim etdiyini bildirib. Mətanət onlara ssələnərək, sərt danışıb:
“Efirlərə çox az-az çıxıram… Seçim edirəm. Gəlirsən, sual verirlər “haçan ərə gedirsən?”, “Niyə uşağın yoxdur?..”
Sən hiss eləmirsən, qarşındakı səni durub elə bir günə qoyar ki, ömürboyu efirə utanarsan çıxmağa. Bir ehtiyat edin də.. Yox, onu gözləmirlər”.
Nehru