“Səni məhkəmələrdə süründürəcəm…” – Nura Suri kimi HƏDƏLƏDİ?

“İki-üç günə tapılacaqsınız və nə qədər üzr istəsəniz də, bu işdən əl çəkməyəcəm, axıra qədər gedəcəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri “Xəzər axşamı” verilişində deyib.

Sənətçi sosial şəbəkə hesabında ona təhqir yazan şəxslərə xəbərdarlıq edib və onları polisə verəcəyini bildirib.

“Məni təhqir edən insanları polisə şikayət edirəm. Anında həmin insanlar polis tərəfindən tapılır və iş məhkəməyə qədər gedib çıxır. O insanlar bilir ki, Azərbaycanda qanunlar işləyir və heç kimin heç kimi təhqir etməyə ixtiyarı yoxdur.

İki gün bundan qabaq eyni adam iki ayrı-ayrı səhifədən mənim şəklimin altına şərh yazmışdı. Ona yazdım ki, sizdən polisə şikayət etmişəm. Şikayət etdim də artıq. Xəbəriniz olsun ki, iki-üç günə tapılacaqsınız və nə qədər üzr istəsəniz də, bu işdən əl çəkməyəcəm, axıra qədər gedəcəm. Sizi məhkəmələrdə süründürəcəm, bilin”.

Nura indiyə qədər sosial şəbəkələrdə yazılan şərhlərdə təhqir olunduğuna görə azı 7 dəfə polisə müraciət etdiyini bildirib.

Nehru

COP29