Şənlik matəmə çevrildi: 7 ölü

Meksikanın Tamaulipas ştatında ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, Syudad-Viktoriya və Tampiko şəhərləri arasında iki minik maşını və treyler toqquşub.

Zəncirvari yol qəzasında 7 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Ölənlər hamısı bir maşında olublar və tanışlarının ad günü şənliyindən qayıdırarkən qəzaya düşüblər.

Hadisə yerinə polis və həkimlər briqadası gələrək xəsarət alanları hospitala çatdırıblar.

COP29