Şenol Günəş azərbaycanlı azarkeşlərə müraciət etdi

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş azərbaycanlı azarkeşlərə müraciət edib.

Yenicag.az xəbər verir ki, AFFA-nın “Feysbuk” səhifəsində 67 yaşlı mütəxəssisin müraciəti paylaşılıb.

Təcrübəli məşqçi 2020-ci ildə keçiriləcək Avropa çempionatı üçün bütün azarkeşləri Bakı Olimpiya Stadionunda gözlədiklərini vurğulayıb: “Türkiyədəki futbolsevərlərlə, eyni zamanda Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik. Gözəl matçlar bizi gözləyir. Hər kəs biletini alsın və bizimlə bərabər olsun”.

Xatırladaq ki, “Avro 2020”nin final mərhələsinin A qrupunda Türkiyə millisi iyunun 17-də Uels, 4 gün sonra isə İsveçrə millisi ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

COP29