Şenol Günəş “Beşiktaş”dan göndərilir? – Qərar verildi

Türkiyənin “Beşiktaş” klubu baş məşqçisi Şenol Günəşlə bağlı qərarını verib.

Yenicag.az xəbər verir ki, təcrübəli mütəxəssislə görüşən klub prezidenti Fikrət Orman onu postunda saxlayıb. Bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, “Beşiktaş”ın ölkə çempionatında “Kasımpaşa”ya 1:4 hesablı məğlubiyyətindən sonra Ş.Günəşlə yolların ayrılacağı iddia olunurdu.