Şenol Günəş milli komanda ilə razılaşdı

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş milli komanda ilə razılaşıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, o bundan sonra həm “Beşiktaş”, həm də milli komandanın baş məşqçisi olacaq.

Qeyd edək ki, müqaviləsi iyul ayının 30-unda bitən 73 yaşlı Mircea Lucescunun qısa müddət ərzində milli komandadan istefaya göndəriləcəyi gözlənilir.